SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-nin Merilənd vilayətində körpünü dağıdan karqo gəmisi ilə bağlı bəzi detallar açıqlanıb.

BAKU.WS "BBC"yə istinadən xəbər verir ki, 2,6 kilometr uzunluğundkı "Francis Scott Key" körpüsünün dağılmasına səbəb gəminin anidən idarəetməni itirməsi olub.

Sinqapurdan gələn gəmi Şri-Lankaya gedirmiş. Limandan ayrıldıqdan bir müddət sonra gəmi gücünü itirərək idarəetmədən çıxıb və qəzaya səbəb olub.

Ekspertlər gəminin idarəetməni itirməsinin səbəbininin keyfiyyətsiz yanacaq olduğunu ehtimal edirlər.

Xatırladaq ki, iki gün əvvəl "Patapsco" gölündə üzərindəki "Francis Scott Key" körpüsü qəza nəticəsində dağılıb.

Axtarışlara helikopterlər də cəlb edilib. Gölə düşən 6 heyətin meyti tapılıb. Ağ evdən mətbuata verilən açıqlamada hadisənin qəsdən baş verməsi ilə bağlı heç bir sübut tapılmadığı qeyd edilib.

BAKU.WS
QALEREYA