SİZİN REKLAM BURADA!
055 213 76 73


Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, Markl ABŞ-nin Texas ştatında təşkil edən "South by South West" (SXSW) adlı media konfransına qatılıb.

Markl sosial şəbəkələrdəki "Sonu olmayan zəhərli sistem"i tənqid edib.

O uşaqlarına hamilə olduğu müddətdə sosial şəbəkələrdə təhqir və tənqidlərə məruz qaldığını açıqlayıb. Markl sosial şəbəkə istifadəçilərinin insanlıqlarını unutduğunu vurğulayıb.

Hamilə olarkən ən böyük şiddəti onlayn platformalardan gördüyünü bildirib.

42 yaşlı Meqan insanların niyə bu qədər nifrət dolu və zalım olduğunu anlaya bilmədiyİni deyib:

"Əgər bir qadın haqqında pis şərhlər oxuyursunuzsa bunu niyə öz dostlarınızla paylaşmaq istəyirsiniz? Bu şəxs sizin rəfiqəniz, ananız yaxud da bacınız olsa idi, eyni şeyi edərdiniz?".

Xatırladaq ki, Meqan Markl Şahzadə həyat yoldaşı Harri ilə 2020-ci ildə kral ailəsinbdəki səlahiyyətlıərini buraxaraq ABŞ-yə köçüb.

Cütlük kral ailəsindən 3 il əvvəl ayrılsa da onlarla bağlı xəbərlər hələ də gündəmi zəbt etməkdə davam edir. Onun Arxi və Lili adlı uşaqları var.

BAKU.WS