SİZİN REKLAM BURADA!
055 213 76 73


Şahzadə Harri öz xatirələrində qardaşı, Britaniya taxt-tacının varisi, şahzadə Uilyamla dava etməsindən danışıb.

BAKU.WS-in məlumatına görə, "The Guardian" nəşri Harrinin "Spare" ("Ehtiyat") avtobioqrafik kitabındakı xatirələrinə istinadən yazır.

2019-cu ildə Londondakı evində baş verən hadisəni təsvir edən Harri deyir ki, Uilyam Harrinin həyat yoldaşı, amerikalı aktrisa Meqan Marklı "çətin", "kobud" və "sərt" adlandırıb. Daha sonra mübahisə böyüyüb. Sonradan qardaşlar bir-birilərinə səslərini yüksəldiblər və bu da fiziki şiddətə gətirib çıxarıb.

Harri deyib ki, Uilyam onun yaxasından tutub, boyunbağısını qoparıb və onu yerə yıxıb. O hadisəni belə təsvir edib:

"Mən itin yemək qabının üzərinə yıxıldım və qab çatladı. Qırıntılar bədənimə batdı. Bir müddət orada yerdə uzanmış vəziyyətdə qaldım, mat-məəttəl halda idim, sonra ayağa qalxdım və ona rədd olmağını dedim".

Harri əlavə edib ki, Uilyam uşaqlıqda baş verən davalarını ona xatırladıb və israr edib ki, həmin davaların əvəzini versin. Lakin Harri imtina edib. Sonra Uilyam gedib, lakin tezliklə geri qayıdaraq üzr istəyib. Həmçinin Harriyə hadisə barədə həyat yoldaşına danışmamağı tövsiyə edib.

Harrinin incikliyi, uşaqlığı, məktəbi, kral və Britaniya ordusunda karyerası, valideynləri, qardaşı ilə münasibətləri və Meqan ilə həyatı haqqında fəsillər kitabın mövzularıdır.

BAKU.WS