SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) və İstanbul Polisinin Terrorla Mübarizə Şöbəsi keçirdikləri birgə əməliyyat zamanı İsrailin kəşfiyyat orqanına (MOSSAD) işləyən 7 casusu yaxalayıb.

Saxlanılan şəxslərdən birinin televiziya kanalında səhər proqramlarına qatılan və özəl detektiv işləyən Həmzə Turhan Ayberk olduğu müəyyən edilib.

Ayberk pul qarşılığında MOSSAD-a məlumat sızdırıb və aldığı təlimat əsasında Türkiyədəki Yaxın Şərqdən olan iş adamları və şirkətlər barəsində şəxsi məlumatlar toplayıb.

Keçmiş dövlət məmuru və özəl detektiv olan Ayberk MOSSAD-a məlumat vermək üçün dövlət işçiləri da daxil olmaqla, şəxslərdən ibarət bir qrup yaradıbmış.

MOSSAD-ın "Viktoriya" kod adlı agenti özəl detektiv Həmzə Turhan Ayberklə əlaqə saxlayıb. Ayberk ilk dəfə İsrail Məxfi Xidməti tərəfindən sadə tapşırıqlar üçün istifadə edilib.

O, 2019-cu ildə MOSSAD tərəfindən Belqradda görüləcək işlərlə bağlı təlim keçib. Ayberk MOSSAD-ın rəhbərliyi altında gizli ünsiyyət proqramlarından istifadə edib. Rəsmi qeydlərdə əks olunmaması üçün o, kriptovalyuta vasitəsilə ödənişlər alıb.

BAKU.WS