SİZİN REKLAM BURADA!
055 213 76 73


Avstraliyanın Monash Universitetinin alimləri rənglərin mənşəyi haqqında yeni məlumatlar verən kompüter modellərini açıqlayıblar. Süni intellektin tətbiqi çiçəklərin təkamülü ilə gübrələyici həşəratların arasında əlaqəni tapmağa kömək edib.

BAKU.WS xəbər verir ki, tədqiqat "Proceedings of the Royal Society" jurnalında dərc edilib.

Monash Universitetindən olan alimlər uzun müddətdir ki, həşəratların və çiçəklərin inkişafına səbəb olan təkamül mexanizmlərinin bir-biri ilə əlaqəli olduğunu düşünürdülər.

Lakin bunun birbaşa sübutu yox idi. Bundan əlavə, çiçəklərin meydana gəlməsinin həşəratların və digər tozlandırıcıların meydana gəlməsinə təsir etməsi və ya əksinə olması da aydın deyildi.

Yeni araşdırmada, alimlər on və yüz milyon il əvvəl ilk çiçəkli bitkilərin meydana gəldiyi dövrdə Yerin kompüter modellərini hazırladılar.

Araşdırmaların aparıcı müəllifi Alan Dorin deyir ki, tədqiqatçılar eyni zamanda müasir arıların rəng qavrayışını tarixdən əvvəlki mühitdə öyrəniblər:

"Bizim nəticələrimiz göstərir ki, ilk çiçəkli bitkilər daha parlaq rənglərə malik olublar ki, qaranlıq sahələrdən fərqlənsinlər və qədim tozlandırıcıları cəlb etsinlər deyə... Avstraliyanın geoloji cəhətdən qədim bir qitə olduğunu nəzərə alaraq, biz ilk çiçəklərin meydana gəldiyi mezozozoik dövrün landşaftlarını modelləşdirmək üçün Avstraliya bitkilərinin rəng spektrinin ölçmələrindən istifadə etdik".

Süni intellekt bizə 252-66 milyon il əvvəlki uzun bir dövrdə landşaftın dəyişməsini simulyasiya etməyə imkan verdi. Simulyasiyaların nəticəsində, ilk dəfə olaraq, qədim tozlandırıcıların və arıların görmə qabiliyyətinin bitkilərin rəng diapazonunun təkamülünə necə təsir etdiyini göstərən güclü bir əlaqə aşkar edildiyi bildirilir.

Təqdiqatçı alim Adrian Dyer bildirib ki, müasir arılarda, onların əcdadlarında olduğu kimi, ultrabənövşəyi, mavi və yaşıl rəngli fotoreceptorlar var. Bu, bəzi müasir çiçəklərin yarpaqlarında ümumi rənglərin, məsələn, sarı rəngin tez-tez görünməsini bildirir.

BAKU.WS