SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin ilk astronavtı Alper Gezeravcı və digər astronavtların Yerə qayıtmaqları yenidən təxirə salınıb.

BAKU.WS xəbər verir ki, bu barədə “SpaceX” məlumat yayıb.

Bildirilib ki, buna səbəb Florida sahillərində davam edən əlverişsiz hava şəraitidir:

“Florida sahillərində davam edən əlverişsiz hava şəraiti səbəbindən “Dragon”un çərşənbə axşamı Kosmik Stansiyadan ayrılması təxirə salınır. Kosmik gəmi və Ax-3 ekipajı sağlam olaraq qalır və komandalar növbəti fürsət üçün hava şəraitini izləməyə davam edəcək".

“SpaceX”ın əvvəlki açıqlamasında isə bildirilmişdi ki, Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılmaq təxirə salınıb, Dragon və Ax-3 komandası fevralın 5-dən əvvəl BKS-dən ayrılmayacaq.

BAKU.WS