İnsulin iynələri tarix ola bilər - Şəkərin müalicəsində inqilabi KƏŞF

İnsulin iynələri tarix ola bilər - Şəkərin müalicəsində inqilabi KƏŞF
Siyasət 1

Sidney Universiteti və Norveç Arktika Universitetinin alimlərinin apardıqları araşdırmalar nəticəsində yeyilə bilən insulin hazırlanıb.

BAKU.WS “Nature Nanotechnology” elmi jurnalında dərc edilən araşdırmaya istinadən xəbər verir ki, yeyilə bilən bədənə kapsul şəklində və ya görünməz nano-daşıyıcılar vasitəsilə şokolad parçasına yerləşdirməklə qəbul etmək olar.

Tədqiqat iştirakçılarından olan Arktika Universitetinin professoru Peter Makkurt bildirib ki, insulini iynə ilə bədənə yeritməkdənsə bu üsul daha faydalıdır:

“İnsulini bu şəkildə qəbul etmək daha yaxşıdır, çünki bədənin təcili olaraq insulinə ehtiyacı olan hissələrinə maddəni tez çatdırmaq mümkündür. İnsulin iynə ilə yeridildikdə bütün bədənə yayılır və arzuolunmaz yan təsirlərə səbəb ola bilər”.

Bu gün bir çox dərmanlar ağızdan qəbul edilsə də, şəkərli diabet xəstələri indiyədək bədənlərinə insulin vurmaq məcburiyyətində qalıblar.

Makkurt bu problemin səbəbinin nanodaşıyıcılarla orqanizmə qəbul edilən insulinin mədədə parçalanması və buna görə də orqanizmin ehtiyac duyduğu bölgələrə çata bilməməsi olduğunu bildirib.

Tədqiqat çərçivəsində əldə edilən nəticələr bu problemi aradan qaldırır.

"Biz insulinin mədə turşusu və həzm fermentləri tərəfindən parçalanmasının qarşısını alacaq bir örtük hazırladıq. Beləliklə, insulin, strukturu zədələnmədən getməsi lazım olan qaraciyərə çata bilər", - deyə Makkurt qeyd edib.

Yeni insulin 2025-ci ildə insanlar üzərində sınaqdan keçiriləcək.

Son xəbərlər