SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyanın ən ölümcül hörümçəklərindən birinin zəhərindən infarkt və insult müalicəsində istifadə olunacaq.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hörümçək zəhərində tapılan "Hi1a" molekulundan istehsal edilən dərman infarkt və insult zamanı beyin və ürəyin zədələnməsinin qarşısını alacaq.

“The European Heart Journal”ında dərc olunan araşdırmaya görə, hazırda infarktdan sonra hüceyrə ölümünün qarşısını alan kliniki təsdiqlənmiş heç bir dərman yoxdur.

Dosent Natan Palpant və Kvinslend Universitetinin Molekulyar Bioelmlər İnstitutundan professor Qlenn Kinq huni hörümçəyin zəhərində tapılan “Hi1a” adlı molekuldan istifadə edərək dərman hazırlayıblar.

Real həyatdakı müalicə senarilərini təqlid etmək üçün hazırlanmış bir sıra klinik testlərdən sonra onlar müəyyən ediblər ki, bu xüsusi molekul hüceyrələri infarkt və ya insult nəticəsində yaranan zədələrdən qoruya bilir.

İnfarktdan sonra ürək "ölüm siqnalı" göndərir. Bu siqnal orqana qan axını azaldır və ürək əzələsində oksigen çatışmazlığına səbəb olur.

Oksigen çatışmazlığı hüceyrə mühitinin turşu olmasına səbəb olur və bunlar ürək hüceyrələrinin ölməsi üçün mesaj göndərir.

Onilliklər ərzində aparılan araşdırmalara baxmayaraq, heç kim ürək hüceyrələrində ölüm siqnalını dayandıran dərman hazırlaya bilməyib. Ürək xəstəliklərinin dünyada ölüm hallarının əsas səbəbi olaraq qalmasının səbəblərindən biri də budur.

Lakin alimlər bu “ölüm siqnalını” dayandırmaq üçün “Hi1a”nın istifadə oluna biləcəyini bildiriblər.

BAKU.WS