SİZİN REKLAM BURADA!
055 213 76 73


Doğuş nisbəti hər il yenilənərək əhalinin davamlılığını təmin edən əhəmiyyətli bir məlumatdır.

Bu yolla təkcə bütün dünyanın “əhali sayı” deyil, həm də onun davamlılığı öyrənilir. Lakin burada ortalama hədd dünya üzrə fərqlidir.

BAKU.WS xarici KİV-ə istinadən doğuş nisbətinə görə dünyanın “ən məhsuldar” ölkələrini təqdim edir:

Birləşmiş Millətlər Təşkilatının dünya əhalisinin hesablamalarına görə ölkələrin ümumi doğuş nisbətləri araşdırıldığında, 2022-ci ildə ən yüksək ümumi doğuş nisbətinə malik ölkə 6,75 uşaqla Niger olub.

Bu ölkəni 6,22 uşaqla Çad və 6,20 uşaqla Somali izləyib.

Ümumi doğum səviyyəsinin ən aşağı olduğu ölkə 0,87 uşaqla Koreya Respublikası, 1,04 uşaqla Sinqapur, 1,14 uşaqla Andorra və San Marino olub.

Ümumi doğuş nisbəti 2022-ci ildə dünyada orta hesabla 2,31 uşaq təşkil edib.

Birləşmiş Millətlər Təşkilatının dünya əhalisi ilə bağlı 27 Avropa İttifaqı üzvü olan ölkənin ümumi doğum nisbətləri araşdırıldığında, 2022-ci ildə ən yüksək ümumi doğuş nisbətinə malik ölkə 1,79 uşaqla Fransa olub.

BAKU.WS