SİZİN REKLAM BURADA!
055 213 76 73


Keçmiş həyat yoldaşı ilə yaşadığı problemlərə görə polis bölməsinə aparılan və gözəllik mərkəzləri güllələnən türkiyəli fenomen Ece Ronayın cinayət dosyesinin qabarıq olduğu ortaya çıxıb.

BAKU.WS xəbər verir ki, Ronayın sərxoş vəziyyətdə avtomobil idarə etmə, dələduzluq, dövlət qurumlarını təhqir etmə, hədələmə və xəsarət yetirmə kimi cinayətləri var.

Məlumata görə, Ronayın tam adı Ece Ronay Taylandır.

O, 2014, 2015 və 2016-cı illərdə üç dəfə evdən qaçıb. Ailəsi polisə müraciət edib. 2018-ci ildə İzmirdə sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə, 2019-cu ildə Gebzedə dələduzluğa, 2020-ci ildə İstanbulda qəsdən adam yaraladığına, Türk Millətini, Cümhuriyyətini, dövlət qurum və təşkilatlarını təhqir etdiyinə görə dəfələrlə qanun pozuntularına yol verib.

İddialarla bağlı fenomenin açıqlaması isə belədir:

"Çirkli pulların yuyulması iddiasından qurtuldum deyə şükür etdim, amma söhbət haralara gəlib, çıxdı. Siz bezmədiniz? Mən çox bezmişəm. Sərxoş halda maşın sürməyimi cinayət kimi göstərdiniz, 3 dəfə evdən qaçdığına görə mənə “cinayət maşını” dediniz. Mən bunları dəfələrlə danışmışam. Siz böyüksünüz, mən sizinlə bacara bilmirəm". 

BAKU.WS
QALEREYA