SİZİN REKLAM BURADA!
055 213 76 73


Taylandda alternativ tibb müalicəsi alan tanınmış model həzm sisteminə faydalı olan istilik müalicəsi zamanı alovlara qərq olub.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, qarın nahiyəsində dərman bitkiləri yandırılan modelin bədənində 3-cü dərəcəli yanıqlar əmələ gəlib.

Məlumata görə, Game adı ilə tanınan model, həzmə kömək məqsədilə qarnında otların yandırılmasını nəzərdə tutan "Phao Ya" adlı Tayland istilik müalicəsi üçün klinikaya gedib.

Hadisənin görüntülərində o, qarnına dəsmal və bitki qarışığı ilə çarpayıda uzanıb və həkim qarışığı alovlandırmaq üçün alışqanını yandıranda alov qəfildən modelin paltarını bürüyüb.

Daha sonra model ağrıdan qıvrılarkən çarpayıdan yıxılıb. Klinikadakı tibb bacıları alovu yastıq və yorğanla söndürüblər. Tibb bacıları alovu söndürməyə çalışarkən həkim heç nə etmədən küncdə baş verənləri seyr edib.

Qarnından və kürəyindən 3-cü dərəcəli yanıqlar alan model işə qayıdana qədər iki aylıq müalicə kursu keçməlidir. Model hadisədən sonra klinikadan şikayət edib.

BAKU.WS
VİDEO