SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə, İstanbul da daxil olmaqla 4 vilayətdə FETÖ-yə qarşı əməliyyat keçirilib.

BAKU.WS habertürk-ə istinadən xəbər verir ki, keçirilən əməliyyatda 6 şübhəli saxlanılıb.

İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbə Müdirliyi qrupları tərəfindən İstanbul Cümhuriyyət Baş Prokurorluğunun koordinasiyasında həyata keçirilən əməliyyatda, “silahlı terror təşkilatına üzv olma”, səbəbindən barəsində qəti həbs qərarı verilən  FETÖ şübhəlisinin yaşadığı evdən ələ keçirilən rəqəmsal materiallar araşdırılıb.

Polislər şübhəlinin təşkilat üzvləri ilə xəbərləşmək üçün mesajlaşma proqramından istifadə etdiyini üzə çıxarıb.  Daha sonra bu proqram üzərində apardıqları araşdırmada hazırda təşkilat daxilində fəaliyyətdə olan 8 şübhəlinin şəxsiyyət və ünvanlarını müəyyən edilib.

Əməliyyatlardan sonra qruplar İstanbul mərkəzli 4 vilayətdə 14 ünvanda eyni vaxtda əməliyyat keçirərək 6 şübhəlini yaxalayıb.

BAKU.WS
QALEREYA