SİZİN REKLAM BURADA!
055 213 76 73


Fələstinin Qəzza zolağında İsrail hərbçiləri ilə HƏMAS təşkilatının silahları arasında şiddətli döyüşlər gedir. 

Bu barədə görüntülər sosial şəbəkəyə yerləşdirilib. 

Qəzza zolağında şiddətli döyüşlər əsasən şimal istiqamətdə davam edir. 

Görüntülərdə İsrail texnikalarının tank əleyhinə qumbaraatanlarla vurulması öz əksini tapıb. 

Qeyd edək ki, oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının silahlılarının hücumundan sonra İsrail Müdafiə Qüvvələrinin (SAXAL) ümumi itkiləri 387 nəfərə çatıb.

Qəzzaya endirilən raket zərbələri və avia hücumlar zamanı ümumilikdə 13 min nəfərə yaxın fələstinli həyatını itirib. 

BAKU.WS
VİDEO