SİZİN REKLAM BURADA!
055 213 76 73


Təxminən 10 gündür həbsdə olan Dilan və Engin Polat cütlüyünün azadlığa çıxmaları üçün verdikləri məhkəmə şikayəti rədd edilib.

BAKU.WS sabah.com.tr-yə istinadən xəbər verir ki, İstanbul Anadolu Sülh Cəza Hakimliyi Polat cütlüyünün vəkillərinin həbsə etiraz tələblərini bu gün qiymətləndirib.

Belə ki, ötən cümə günü Polat ailəsinin vəkilləri İstanbul Anadolu Sülh Cəza Məhkəməsinə müraciət edərək həbsə etiraz ərizəsi təqdim ediblər.

Hakim heyəti vəkillərin bu vəsatətinin rədd edilməsinə qərar verib.

Ardınca iş tələbin qiymətləndirilməsi üçün İstanbul Anadolu Asliye Cəza Məhkəməsinə göndərilib.

Polatların həbsə etirazını qiymətləndirən İstanbul Anadolu 44-cü Asliye Cəza Məhkəməsindən də iddiaya rədd cavabı gəıib.

Qeyd edək ki, sosial media fenomeni Dilan Polat və əri Engin Polat noyabrın 1-də saxlanılıblar. Onlar çirkli pulların yuyulması, vergi qaçaqçılığı iddiası ilə mühakimə olunurlar.

BAKU.WS