SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli məşhur aktyor Ercan Kesal Bakıya gəlir.

Bu barədə BAKU.WS-ə Yunus Emre İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Səlçuk Karakılıç məlumat verib.

O, Ercan Kesalın Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcəyini vuğurlayıb.

Ercan Kesal noyabrın 14-də Bakıya gələcək və "Cebimdeki Ekmek Kırıntıları" adlı mövzuda çıxış edəcək. O, "Peri Gazozu", "Velhasıl", "Hekimlik Sanatları",  "Evvel zaman", "Cin aynası" və s. kitablarının müəllifidir.

Qeyd edək ki, Ercan Kesal aktyor olmaqla yanaşı ssenari müəllifi və yazıçıdır. O, "Çukur" serialında İdris Koçovalı obrazı ilə daha çox məşhurlaşıb.

BAKU.WS