SİZİN REKLAM BURADA!
055 213 76 73


Qərb tərəfdaşları tərəfindən Ukraynanın ehtiyacları üçün göndərilən silahlar ölkədən kənara, xüsusən də Qəzza zolağına ötürülməyib.

BAKU.WS xəbər verir ki, bunu “Politico” qəzetinə müsahibəsində Ukrayna Prezident Aparatının rəhbəri Andrey Ermak deyib.

Onun sözlərinə görə, Kiyev həmin silahların ölkə ərazisində istifadəsinə tam nəzarət edir: "Bu cür dezinformasiyaları Rusiya yayır".

Qeyd edək ki, buna qədər Fələstinin Qəzza zolağı ilə bağlı yayılan görüntülərdə bəzi silahların Qərbin Ukraynaya göndərdiyi silahlar olması barədə ehtimallar irəli sürülmüşdü.

BAKU.WS