SİZİN REKLAM BURADA!
055 213 76 73


Quru əməliyyatı başlayandan sonra Qəzza zolağında radikal HƏMAS hərəkatına qarşı döyüşlər zamanı həlak olan İsrail əsgərlərinin sayı 30-a çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti İsrail Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, İDF-nin 401-ci Zirehli Batalyonunun 22 yaşlı çavuşu noyabrın 5-də Qəzzada gedən döyüşlər zamanı həlak olub və bununla da quru əməliyyatının başlanmasından bəri həlak olan İsrail əsgərlərinin ümumi sayı 30-a çatıb.

O da bildirilir ki, son 24 saat ərzində Qəzzada gedən döyüşlər zamanı İsrail ordusunun paraşütçü briqadasının 202-ci batalyonunun əsgəri ağır yaralanıb.

BAKU.WS