SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrail ordusu son sutka ərzində Qəzza zolağında 450 hədəfə zərbə endirib və yerüstü əməliyyatların ərazisini genişləndirməkdə davam edir.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) Mətbuat Xidməti məlumat yayıb.

"Son 24 saat ərzində IDF qırıcıları Qəzza zolağında HƏMAS terror təşkilatına məxsus 450 hərbi obyektə, o cümlədən əməliyyat komandanlıq, müşahidə, tank əleyhinə raket buraxılış məntəqələrinə zərbələr endirib. IDF bölmələri yerüstü əməliyyatları genişləndirməkdə davam edir", - məlumatda deyilir.

Bildirilir ki, IDF-nin birləşmiş döyüş qrupları Qəzza zolağında terrorçulara digər vasitələrlə yanaşı, pilotsuz uçuş aparatlarından istifadə etməklə də zərbələr endirib.

BAKU.WS