SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə qəribə hadisə yaşanıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Menekşe Doğanay adlı qadın 10 il əvvəl vəfat edən həyat yoldaşı Mustafa Doğanaydan məktub alıb.

Məktub Menekşeyə "Türkiyə Cumhuriyyətinin 100-cü ildönümünə məktub kampaniyası" çərçivəsində çatdırılıb.

Məktubun içində həm qadının, həm də ərinin ona yazdığı məktub olub. Vəfat edən ərindən məktub alan qadın göz yaşlarını saxlaya bilməyib.

"Bu an bu məktubu almaq mənə sürpriz oldu. Bu məktubun içində onun da mənə yazdığı məktub olduğunu bilmirdim. Həyat yoldaşımı 10 il əvvəl itirdim. O vaxt kiçik qızm 16 aylıq idi. Bu məktub qızlarım və mənim üçün çox dəyərlidir" - deyə, Menekşe qeyd edib. 

Ətraflı videoda:

BAKU.WS
VİDEO