SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın Meyn ştatının Luiston şəhərində baş verən atışmada şübhəli bilinən şəxs intihar məktubu yazıb.

BAKU.WS xəbər verir ki, bu barədə ABC telekanalı öz mənbəsinə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, şübhəli Robert Kartın evində oğluna yazılmış intihar məktubu tapılıb.

Adam məqsədi barədə heç nə qeyd etməyib.

Xatırladaq ki, oktyabrın 25-də Luiston şəhərində baş verən insidentdə 22 nəfər ölüb, daha 60 nəfər yaralanıb.

Şübhəli şəxs üç yerdə - restoran, mağaza və əyləncə mərkəzində atış açıb. Bunlar Sparetime Recreation boulinq meydançası, Schemengees Bar & Grille restoranı və Walmart ticarət mərkəzidir.

Medianın məlumatına görə, cinayətdə şübhəli bilinən 40 yaşlı Kart, odlu silah təlimatçısıdır.

Onun psixi problemləri olduğu bildirilir.

BAKU.WS