SİZİN REKLAM BURADA!
055 213 76 73


Moskvada elit biznes klubunda polis əməliyyat keçirib və əməliyyatlar zamanı kütləvi həbslər olub.

BAKU.WS xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, əməliyyat çərçivəsində onlarla insan üç saata yaxın binadan çölə buraxılmayıb. Hadisə yerində FSB, Federal Vergi Xidməti, İqtisadi Təhlükəsizlik Departamentinin əməkdaşları, eləcə də müstəntiqlər cəlb olunub.

Qeyd edək ki, bu ilin əvvəlindən Rusiyada kütləvi həbslər olur. Fevral ayında çevik polis əməkdaşları Sankt-Peterburqda ticarət mərkəzində 131 yeniyetməni saxlayıblar.

Bundan başqa, Permdə millətçilər saxlanılıb. Hərəkat iştirakçılarının sözlərinə görə, onlar Perm Dövlət Milli Universitetində (PGNIU) 18 yaşlı tələbə Timur Bekmansurovun təşkil etdiyi hadisələrdə iştirakda ittiham olunublar.

BAKU.WS