SİZİN REKLAM BURADA!
055 213 76 73


Maldiv adaları Fələstin xalqına humanitar yardım olaraq 2 milyon konservləşdirilmiş tuna balığı göndərib.

BAKU.WS-in xəbərinə görə, bu barədə ada dövlətinin xarici işlər naziri Abdulla Şahid məlumat verib.

"Prezident İbrahim Solih bu böhran dövründə təcili humanitar dəstəyə ehtiyaca cavab olaraq Fələstindəki bacı və qardaşlarımıza 2 milyon qutu tuna balığı göndərmək qərarına gəlib", - o, bildirib.

Onun sözlərinə görə, bu yardım "Fələstin xalqı ilə ən dərin həmrəyliyin simvoludur".

"Maldiv adaları hökuməti və xalqı öz müqəddəratını təyinetmə və davamlı sülhə nail olmaq uğrunda apardıqları mübarizədə fələstinliləri həmişə dəstəkləyəcək", - Maldiv naziri vurğulayıb.

BAKU.WS