SİZİN REKLAM BURADA!
055 213 76 73


Argentinada prezident və parlament seçkilərində səsvermə başlayıb.

“Report” xəbər verir ki, ən yüksək dövlət postu uğrunda beş namizəd mübarizə aparır.

Əsas mübarizə hakim “Vətən naminə birlik” koalisiyasından namizədliyi irəli sürülmüş iqtisadiyyat naziri Serxio Massa, müxalifətin ən böyük koalisiyası “Dəyişiklik naminə birlikdə”ni təmsil edən keçmiş təhlükəsizlik naziri Patrisiya Bullriç və “Azadlıq gəlir” alyansına daxil Libertarian Partiyasının sədri deputat Xavyer Miley arasında gedəcək. Bundan başqa, prezident vəzifəsi uğrunda Kordoba əyalətinin qubernatoru Xuan Skyaretti və “Sol və İşçilər Cəbhəsi” koalisiyasını təmsil edən deputat Miriam Breqman mübarizə aparır.

Birinci turda qalib gəlmək üçün yaxın rəqibindən azı 10 faiz fərqi olması şərtilə namizəd 40 faiz səs toplamalıdır. Ən yüksək hökumət postuna iddialılardan heç biri bu nəticəni əldə edə bilməsə, səsvermənin ikinci turu noyabrın 19-da keçiriləcək. İctimai rəy sorğularının nəticələrinə görə, Miley və Massa ən böyük şansa malikdir.

Dövlət başçısından başqa, ölkə vətəndaşları Konqresin 130 deputatını və 24 senatorunu seçməli olacaqlar. Səsvermə 16 yaşdan yuxarı bütün Argentina vətəndaşları üçün məcburidir.

BAKU.WS