2050-ci ilə qədər bu xəstəliyə tutulanların sayı 25 milyonu keçə bilər
Parkinson xəstəliyinə tutulanların növbəti illərdəki qorxunc statistikası açıqlanıb.
BAKU.WS "Euronews"a istinadən xəbər verir ki, 2050-ci ilə qədər bu xəstəliyə tutulanların sayı artaraq 25 milyona çatacaq.
Bu ən çox inkişaf etməkdə olan ölkələrdə yaşanacaq.
Dünya əhalisinin sayının artması və uzun müddət yaşaması Parkinson xəstələrinin sayını çoxaldacaq.
Çin və Kanada univsersitetinin tədqiqatçılarının açıqlamalarına görə, 2021-ci ildə bu xəstələrin sayı 11.9 milyon idisə 2050-ci ildə bu rəqəm 25.2 milyon nəfər təşkil edəcək.
Mütəxəssislər bu cür xəstəlikdən əziyyət çəkənlər üçün sosial xidmətlərin artırılmasını təklif edirlər.
"Euronews Health"ə danışan "Parkinson's Europe" qrupunun direktoru Amelia Hursey proqnozların qorxudcu olduğunu və buna indidən müdaxilə edilməli olduğunu vurğulayıb:
"Bu məsələyə indidn diqqət yetirilməlidir, çünki qlobal səhiyyə sistemlərinin heç biri bu cür ağır nəticələrin öhdəsindən gələ bilmək qabiliyyəinə malik deyil".
Oxşar xəbərlər
Rusiya aeroportlarında 20-dən çox uçuş gecikir
Rusiyanın 2 hava limanında ümumilikdə 20-dən çox aviareys gecikir. BAKU.WS xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilib ki, Soçi hava limanın...