SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün məşhur müğənni Madonnanın "Celebratin" adlı dünya konsert turunun ikinci günü baş tutub.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi Londonda "O2 Arena" sevənləri qarşısına gec çıxdığından konsert yarım saat gec bitib.

Belə ki, 65 yaşlı ifaçı konserti saat 22.30-da yekunlaşdırmalı olduğu halda, konsert 23.00-da bitib.

Bu səbəblə də müğənniyə 300 min funt-sterlinq (təxminən 622 min 80 AZN) cərimə kəsilib.

Madonnanı görə bilmək üçün konsertə gələn hər kəs 1300 funt-sterlinq (təxminən 2695 AZN) pul ödəyib. 

BAKU.WS
QALEREYA