SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ, Misir və İsrail tərəfindən hazırlanmış təxliyə planına əsasən, yalnız ABŞ və digər Qərb ölkələrinin pasportlarına malik olan fələstinlilərin “Rəfah” nəzarət-buraxılış məntəqəsi (NBM) vasitəsilə Qəzza zolağından çıxmasına icazə veriləcək.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Qəzza zolağının 2 milyondan çox olan əhalisinin əhəmiyyətli hissəsi “Rəfah” NBM vasitəsilə Misirə təxliyə oluna bilməyəcək. Çünki Misir çoxlu sayda qaçqın qəbul etmək istəmir.

Nəşr qeyd edir ki, ABŞ və ya digər Qərb ölkələrinin pasportuna malik fələstinlilər ilə yanaşı, humanitar təşkilatların əməkdaşları da Qəzza sektorundan çıxa biləcəklər.

BAKU.WS