SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gecə İranın Əlborz vilayətinin Kərəc şəhərində məşhur kinorejissor, yazıçı Dariuş Mehrcuyi və həyat yoldaşı Vəhidə Mohəmmədifər faciəvi şəkildə öldürülüblər.

Trend-in məlumatına görə, bunu Əlborz vilayətinin baş hakimi Hüseyn Fazeli deyib.

H.Fazelinin sözlərinə görə, məşhur kinorejissor və həyat yoldaşı şəxsi villasında naməlum şəxs və ya şəxslər tərəfindən kəsici-deşici alətlərlə öldürülüblər.

Fazeli əlavə edib ki, hazırda hadisəni törədən şəxslərin saxlanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, D.Mehrcuyi çəkdiyi filmlərə görə, bir çox mükafatlara layiq görülüb.

BAKU.WS