SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrail rəsmisi Qəzza zolağına elektrik, su və yanacağın verilməsi üçün şərtləri açıqlayıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin energetika naziri İsrael Katz danışıb.

O, bildirib ki, Qəzza zolağında girov saxlanılan israillilər evlərinə qayıtmayana qədər Qəzzaya elektrik, su və yanacaq verilməyəcək.

Qeyd edək ki, İsrail və HƏMAS arasındakı qarşıdurmanın 6 gündür davam edir. Münaqişənin ilk günlərindən Qəzza zolağına işıq, su və elektrik enerjisinin verilişi məhdudlaşdırılıb.

BAKU.WS