SİZİN REKLAM BURADA!
055 213 76 73


HƏMAS-ın başlatdığı "Əqsa tufanı" əməliyyatından sonra İsrailin müdafiə naziri Yoav Qallant Qəzzanın tam blokadaya alınması barədə göstəriş verib.

BAKU.WS xəbər verir ki, bundan sonra Qəzzaya işıq, yemək və yanacaq verilməsi dayandırılacaq.

"Elektrik, yemək və yanacaq yoxdur. Biz vəhşi insanlarla mübarizə aparırıq və buna uyğun hərəkət edirik", - deyə Qallant bildirib.

Son vəziyyətlə bağlı açıqlama verən İsrailin müdafiə naziri Yoav Qallant deyib ki, Qəzza zolağına 500-dən çox hava hücumu təşkil olunub: “Gecə döyüş təyyarələri, helikopterlər, təyyarələr və artilleriya qüvvələri HƏMAS-a aid 500-dən çox hədəfə zərbələr endirib".

Qeyd edək ki, avia zərbələr zamanı çoxu uşaq olmaqla, 493 fələstinli həyatını itirib, 2751-i yaralanıb. HƏMAS-ın əməliyyatlarında isə öldürülən israillilərin sayı 700-ü keçib. Öldürülənlərin arasında musiqi festivalında iştirak edən sadə israillilər çoxluq təşkil edir. 

BAKU.WS