SİZİN REKLAM BURADA!
055 213 76 73


İsraildə ABŞ-ın 22 vətəndaşı öldürülüb.

“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“İsrailə qarşı terror hücumları dəhşətlidir və dünya gördüklərinə hiddətlənməlidir. Vəziyyəti yaxından izləməyə davam edərkən, təəssüf hissi ilə indi bilirik ki, ABŞ-ın azı 22 vətəndaşı öldürülüb, HƏMAS-ın girov götürdükləri arasında ABŞ vətəndaşları da var”, - ABŞ dövlət katibi sosial şəbəkə hesabında yazıb.

Daha əvvəl bildirilirdi ki, Antoni Blinken bugünlərdə İsrailə səfər edəcək. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, səfər zamanı Blinken israilli rəsmilərlə regiondakı vəziyyəti müzakirə edəcək.

BAKU.WS