SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ dövlət katibi Entoni Blinken oktyabrın 12-də İsrailə səfər edəcək.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.

Miller qeyd edib ki, səfər zamanı Blinken israilli rəsmilərlə regiondakı vəziyyəti müzakirə edəcək.

" Entoni Blinken onların nəyə ehtiyacları olduğunu və necə dəstək verə biləcəyimizi öyrənmək istəyir”, - deyə Dövlət Departamentinin sözçüsü jurnalistlərə bildirib.

BAKU.WS