SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanın Yeraxs kəndində Rusiya sərhəd qoşunlarının müşahidə məntəqəsinə hücum olub. 

BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan Novosti Armenia-ya açıqlamasında deyib. 

O, bildirib ki, bu zaman dövlət rəmzlərinə hörmətsizlik aktı olmayıb. 

Abrahamyan bildirib ki, hücumla bağlı quruma sentyabrın 30-da müraciət daxil olub. 

Qeyd olunub ki, sentyabrın 26-da saat 17:40 radələrində avtomobillə bir nəfərin Rusiya sərhəd qoşunlarının müşahidə məntəqəsinə gələrək, xidmətdə olan hərbçiləri hədələməyə başladığı və plakatı zədələdiyi barədə məlumat daxil olub. 

Ölkənin İstintaq Komitəsinin mətbuat katibinin sözlərinə görə, faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 264-cü maddəsinin 1-ci hissəsi və 194-cü maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb.

BAKU.WS