SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Prezidenti Mahmud Abbasla telefon danışığı aparıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, telefon danışığı üçün Nazirlər Kabinetinin iclasına fasilə verilib.

Danışıq zamanı İsrail və Fələstində baş verən hadisələr və regiondakı gərginliklə bağlı son vəziyyət müzakirə edilib.

Ərdoğan Türkiyənin regional münaqişələrin qısa müddətdə başa çatması və sülhün təmin olunması üçün hər cür səy göstərdiyini diqqətə çatıdırb.

BAKU.WS