SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin prezidenti Mahmud Abbasla telefonla danışıb.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə lideri "Facebook" səhifəsində paylaşım edib.

"Qüds başda olmaqla Fələstində baş verənlər səbəbilə Ramazanı kədərli keçirərkən İsrailin hücumları zamanı vəfat edən qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa dilədim. Danışıq zamanı İsrailin Məscidül-Əqsada ibadət edənlərə yönəlmiş zorakılığı şiddətlə qınadım, Məscidül-Əqsanın statusuna və mənəviyyatına yönəlmiş təhrik və təhdidlərin qarşısında duracağımı Abbasa bildirdim. Türkiyə həmişə Fələstinin yanındadır", - deyə paylaşımda bildirilir.

BAKU.WS