2026-cı ildə Ukraynanı nə gözləyir?
Ukrayna gələn il 41 milyard avro məbləğində büdcə kəsiri ilə üzləşəcək, Avropa isə hələlik xaricdə dondurulmuş Rusiya aktivlərinin müsadirəsi hesabına Kiyevin maliyyələşdirilməsini davam etdirə bilmir.
BAKU.WS xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Nəşrinyazdıına əsasən, gələn il ölkə 41 milyard avro həcmində büdcə böhranı ilə üzləşəcək, halbuki Avropa İttifaqı ölkələri hazırda dondurulmuş Rusiya aktivləri hesabına Kiyevə 140 milyard avroluq kompensasiyanın verilməsi üçün kreditin açılması məsələsində çıxılmaz vəziyyətdədir.
Macarıstan və Slovakiya Rusiyaya məxsus dondurulmuş aktivlər hesabına Ukraynaya kredit ayrılmasını bloklaya bilər. Buna səbəb isə Ukrayna Prezidenti Vladimir Zelenskinin "cib dəftəri" kimi tanınan biznesmen Timur Mindıçın adı keçən korrupsiya qalmaqalıdır.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirmişdi ki, Avropa Komissiyası Belçika ilə Ukraynanın maliyyələşdirilməsini, o cümlədən Rusiya Federasiyasının aktivləri hesabına maliyyə vəsaiti ayrılmasını müzakirə etməyə davam edir.
Oxşar xəbərlər
Günəşdə "ürək döyüntüsü" aşkarlandı - Bu, Yerə təsir göstərə bilər
Alimlər Günəşin daxilində baş verən və "ürək döyüntüsü"nə bənzədilən dəyişikliklər aşkar ediblər. Tədqiqatçılar bildirirlər ki, bu proseslər Günəşin maqnit akti...