2026-cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? - Tramp açıqladı
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp 2026-cı ildə keçirilən futbol üzrə dünya çempionatının (DÇ) dövlət iqtisadiyyatına 18 milyard dollardan artıq vəsait qazandırdığını bildirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, xəbər verir ki, bu barədə Ağ Ev lideri özünün "Truth Social" sosial platformasında məlumat yayıb.
"Yalnız futbol üzrə dünya çempionatı sayəsində iqtisadiyyatımız 18 milyard dollardan çox gəlir əldə etdi və 160 mindən artıq vətəndaş işlə təmin olundu!" - deyə Tramp paylaşımda qeyd edib.
Qeyd edək ki, ABŞ, Meksika və Kanada ərazisində 11 iyun - 19 iyul tarixləri aralığında baş tutan 2026-cı il dünya çempionatında ilk dəfə olaraq 48 milli komanda mübarizə aparıb. Bundan öncə isə Beynəlxalq Futbol Federasiyasının (FIFA) rəhbəri Canni İnfantino "Blue Sport" portalına verdiyi açıqlamada, qurumun qlobal turnirdə iştirak edəcək komandaların sayını 64-ə çatdırmaq ehtimalını dəyərləndirə biləcəyini vurğulayıb.
Oxşar xəbərlər
Peskov: Rusiya və Ukrayna sentyabrın 8-dək atəşkəs barədə razılığa gəlib
Rusiya və Ukrayna ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin daxil olduğu ABŞ nümayəndə heyətinin regiona səfəri ilə əlaqədar iki ölkənin...