SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur şoumen Mehmet Ali Erbil 6-cı dəfə evlənir.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 66 yaşlı Erbil özündən 40 yaş kiçik gənc sevgilisi Gülseren Ceylanla ailə quracaq. Şoumen ötən gün sevgilisinə ad günündə ona üzük alaraq evlənmə təklifi edib.

Bir neçə gün əvvəl Türkiyədə yayımlanan verilişlərdən birinə telefonla bağlanan Ceylan Erbili çox sevdiyini və gözünün ondan başqa heç kimi görmədiyini deyib.

Cütlük sosial şəbəkədə tanış olub. Daha sonra Gülseren şoumenin evinə köçərək onunla yaşamağa başlayıb. Artıq iki aydır Erbillə yaşayan Gülserenin ailəsi isə Almaniyada qalır. 

Xatırladaq ki, Mehmet Ali Erbil 1980-2011-ci illərdə 5 dəfə ailəli olub. Onun bu evliliklərdən Sezin (35 yaş), Yasmin (21 yaş) və Ali Sadi (11 yaş) adlı övladları var. 

BAKU.WS
VİDEO