SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli şoumen Mehmet Ali Erbil şəxsi həyatı ilə gündəmə gəlib.

BAKU.WS “hürriyet.com”a istinadən xəbər verir ki, verilişlərdən birinə qonaq olan aparıcı, uşaqlıq illərində ağır günlər yaşadığını bildirib.

Erbil, ögey atasının ona və qardaşına verdiyi əziyyətdən danışarkən göz yaşlarına boğulub:

“Yeniyetməlik dövrünə çatanda ögey atam məni evdə istəmədi. Anam çarəsiz qaldı. Onu çox sevir və hörmət edirdi. Həmin vaxt mənim 14, qardaşımın isə 17 yaşı var idi.

Ögey atam anama çirkli paltralarımı yumağa icazə vermirdi. Müəyyən yuyucu vasitələr alıb qonşumuza verirdim, o yuyurdu.

Sonra qardaşımla məni yataqxanaya yerləşdirdilər. Anam bizi hər zaman ögey atama əzdirdi.

Buna görə də onu heç vaxt sevmədim”.

BAKU.WS
VİDEO