SİZİN REKLAM BURADA!
055 213 76 73


"Çocuklar duymasın" serialının aktrisası Seda Fettahoğlunun ölüm səbəbi bilinib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, aldığı yeni silahla itihar edib.

44 yaşlı aktrisanın meyiti İstanbulun Beyoğlu səmtində aşkarlanıb. Ötən gün saat 08-00 radələrində həmin ərazidəki parkdan keçən bir tələbə əvvəl silah səsi eşidib. Həmin yerə yaxınlaşdıqda isə yerdə uzanana qadın meyti görüb.

Aparılan ekspertiza zamanı aktrisanın depressiya əleyhinə çoxlu dərmanlardan da istifadə etdiyi məlum olub.

Qeyd edək ki, Seda Fettahoğlu İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrının aktrisası idi. O, 1979-cu ildə Trabzonda doğulub. "Sihirli annem", "Çocuklar duymasın" kimi bir çox məşhur layihədə rol alıb. O serialda "Havuç"un qayınanası obrazında olub. 

BAKU.WS