SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir müddət əvvəl beynəlxalq münasibətlər üzrə tanınmış İran alimi Möhsün Cəlilvənd mətbuata açıqlamasında İran xarici siyasətinin dəqiq, sistemli və strateji proqramlara malik olmadığını vurğulayıb

O qeyd edib ki, İran xarici siyasətinin əsas problemi xarici siyasətin özünün olmamasıdır:

“İran İslam Respublikası istər regional, istərsə də qlobal səviyyədə yalnız xarici əlaqələrlə kifayətlənir. Yəni xarici siyasət xarici əlaqələr səviyyəsinə endirilib”.

Son bir neçə ay ərzində İran hakimiyyətinin xarici siyasət sahəsində üzləşdiyi və onun üçün xoşagəlməz olan sürprizlər ekspertin bu sözlərinin həqiqət olduğunu təsdiqləyib.

Misal üçün, İranla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında mübahisəli ərazi kimi tanınan üç ada - Fars körfəzindəki Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adaları məsələsinə İranın özünə yaxın dost və müttəfiq bildiyi ölkələrin son dönəmdə göstərdiyi münasibəti qeyd etmək olar.

Belə ki, ötən ilin sonlarında Çin Xalq Respublikasının sədri Si Cinpinin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində keçirilən Çin-Körfəz Əməkdaşlıq Şurası sammitinin bəyanatında faktiki olaraq adalar məsələsində BƏƏ-yə dəstək ifadə edən bənd əksini tapıb.

Bu il iyulun 10-da Rusiya və Körfəz Əməkdaşlıq Şurası ölkələri arasında strateji dialoqun xarici işlər nazirləri səviyyəsində Moskvada keçirilmiş 6-cı iclasının birgə bəyanatında da analoji bənd yer alıb.

Hər iki sənədin altında İranın strateji müttəfiqi sayılan Çin və Rusiya rəsmilərinin imzasının olması Tehranda ciddi narahatlıq doğurub, lakin İran hakimiyyətinin cavabı xarici işlər nazirinin sosial şəbəkələrdə status paylaşmasından, XİN sözçüsünün ümumi səciyyəli açıqlamasından və qeyd olunan ölkələrin səfirlərinin XİN-ə dəvət olunmasından uzağa getməyib.

“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı süjetini təqdim edirik:

BAKU.WS
VİDEO