SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransada "iPhone 12"nin satışı elektromaqnit şüalanması səbəbi ilə dayandırılıb.

BAKU.WS-in xarici mətbuata istinadən məlumatına görə, bu barədə Fransanın rəqəmsallaşma və telekommunikasiya naziri Jan-Noel Barrot məlumat verib.

Elektron cihazların insanlara yaydığı elektromaqnit dalğalarının miqdarına nəzarət edən ANFR-nin verdiyi açıqlamaya görə, 141 telefon modeli üzərində edilən nəzarətlərdə "iPhone 12"lərin Avropada icazə verilən radiasiya miqdarını keçdiyi müəyyən edilib.

Belə ki, Avropada bir telefon cibdə və ya əldə tutulduqda radiasiya miqdarının 4W/kq olması tələb olunduğu halda, ANFR "iPhone 12"də bu miqdarın 5,74 Vt/kq olduğunu açıqlayıb.

BAKU.WS