SİZİN REKLAM BURADA!
055 213 76 73


Kuber Pedi qəsəbəsi Avstraliyanın Adelaida şəhərində yerləşir. 100 ildir ki, yeraltı şəhərcikdə minlərlə insan yaşayır. Bu qəsəbədə insanların yerin altında yaşamasının bir çox maraqlı səbəbləri var.

BAKU.WS "Habertürk"ə istinadən xəbər verir ki, Avstraliyanın Adelaida şəhərinin şimalında yerləşən Kuber Pedi qəsəbəsi boş və sirli qum təpələrinin altında yerləşir. Şəhərin 2 minə yaxın əhalisi var. Dünyada opal mədəninin paytaxtı hesab edilən Kupr Pedidə qazılmış minlərlə quyu var.

Şəhər sakinləri bu ərazini "ağ adam dəliyi" və "su çuxuru" adlandırır. Şəhəri maraqlı edən ən böyük xüsusiyyət yeraltı evlərdir. Pedi sakinləri opal mədənlərindən qalan tunelləri bir-birinə bağlayaraq 1500 ev tikiblər.

Qəsəbənin 60 faizindən çoxu bu yeraltı boşluqlarda yaşayır. Yeraltı qəsəbədə havanın temperaturu 23 dərəcəni keçmir. Ancaq yuxarı qalxanda temperatur 43 dərəcəni keçir və quraqlıq olur. Bu səbəbdən qəsəbə sakinləri yerin altında yaşamağa üstünlük verirlər.

Yeraltı qəsəbədə çoxlu mağazalar, kilsələr, muzeylər, sənət qalereyaları və hətta otellər var. Çöldə olan müasir şəraitin çoxu yeraltı Kuber Pedi qəsəbəsindədə var. 

Daha çox iqlim şəraitinə görə yeraltı qəsəbədə yaşamağa üstünlük verən sakinləri həddindən artıq temperatur və buzlu soyuq hava şəraiti ilə mübarizə aparmalı olmadıqlarını qeyd edirlər. Günün bütün saatlarında 23 dərəcə isti olur, böcək, milçək, işıq və səs çirklənməsi kimi problemlərlə qarşılaşmırlar.

Bəzi sakinlər yerin altında yaşamağın zəlzələlərə qarşı daha təhlükəsiz olduğunu iddia edirlər.

BAKU.WS