SİZİN REKLAM BURADA!
055 213 76 73


22 il əvvəl, yəni 2001-ci il sentyabrın 11-i Amerika Birləşmiş Ştatlarında dünyanı dəhşətə gətirəcək terror aktı baş verib.

BAKU.WS xəbər verir ki, həmin vaxt Nyuark, Boston və Vaşinqtondan San-Fransisko və Los-Ancelesə yola düşən 4 sərnişin təyyarəsi qaçırılıb. Hava nəqliyyatları ABŞ-da yerləşən "Əkiz Qüllələr"ə çırpılaraq qəzaya uğrayıb. Bu binalar dünyanın gözü qarşısında anbaan məhv olarkən buna səbəb olan ölkələr Əfqanıstan və İraq göstərilib.

Terror aktı nəticəsində Nyu-York şəhərinə dəyən zərərin ümumi həcmi 36 milyard dollar təşkil edib. “Əkiz Qüllələr"in dağıntılarının təmizlənməsi 8 aydan çox vaxt aparıb.

Pentaqonun binasının dağılan qərb hissəsi 2002-ci ilin sentyabrında bərpa olunub. Hadisənin təhqiqatı ilə ABŞ-a terror hücumları üzrə milli komissiya məşğul olub.

Təhqiqatın nəticələrinə dair 2004-cü ildə dərc edilən məqalədə bildirilir ki, terror aktının qarşısının alınmasına Birləşmiş Ştatların kəşfiyyat xidmətlərinin fəaliyyətində koordinasiyanın olmaması əngəl törədib.

Bir müddət sonra ABŞ Prezidenti Corc Buş kəşfiyyat xidmətlərində islahatlar aparılması barədə sərəncam imzalayıb.

11 sentyabr hadisələri zamanı 3 000-dən çox insan həlak olub. Bu terror aktlarından sonra Qərb aləmində müsəlmanlara qarşı nifrət zəminində müxtəlif səpkidə hücumlar başlandı.

BAKU.WS