SİZİN REKLAM BURADA!
055 213 76 73


20 il bundan əvvəl sentyabrın 11-i Amerika Birləşmiş Ştatlarında dünyanı dəhşətə gətirəcək və ağılasığmaz terror aktı baş verdi.

BAKU.WS xəbər verir ki, Nyuark, Boston və Vaşinqtondan San-Fransisko və Los-Ancelesə yola düşən 4 sərnişin təyyarəsi qaçırıldı.

Hava nəqliyyatları ABŞ-da yerləşən "Əkiz Qüllələr"ə çırpılaraq qəzaya uğradı. Bu binalar dünyanın gözü qarşısında anbaan məhv olarkən buna səbəb olan ölkələr Əfqanıstan və İraq göstərildi.

Lakin bu il Amerika terrorla mübarizə çərçivəsində Əfqanıstanda başlatdığı müharibəyə son verərək ordusunu geri çəkdi.

Bununla da ABŞ, Əfqanıstanda 10 minlərlə insan ölümünə və trilyon dollara səbəb olan 20 illik işğalı dayandırdı. 11 sentyabr hadisələri hər zamankından fərqli olaraq bu il “müharibəsiz” anılır.

Xatırladaq ki, həmin faciədə 3 mindən çox insan həlak olub.

BAKU.WS