SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Kahramanmaraş vilayətində Andırın rayonunda cənazə namazına toplaşan insanlara yük maşınının çırplması nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb.

BAKU.WS bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, yük maşınının əyləci işləməyib və sürücü idarəetməni itirib.

Bildirilir ki, yük maşını əvvəlcə qarşısındakı avtomobillərə, sonra isə insanlara çırpılıb.

Yaralılar səhiyyə müəssisələrinə yerləşdirilib.

Hadisə yerinə çox sayda sağlamlıq qrupu cəlb edilib.

Qəza nəticəsində 3 avtomobilə ziyan dəyib.

BAKU.WS
QALEREYA