20 min həkim Yunanıstanı TƏRK ETDİ - SƏBƏB...

Yunanıstanda yaşanan iqtisadi böhran 20 min həkimin ölkəni tərk etməsinə səbəb olub.
BAKU.WS Yunanıstan mətbuatına istinadən xəbər verir ki, maaşların az olması, iş rejiminin ağır olması, tibbi personal çatışmazlığı, o cümlədən iqtisadi böhran ölkəni bu fəlakətə sürükləyib.
20 000 həkim xarici ölkəyə üz tutaraq orada fəaliyyət göstərməyə başlayıb.
Dövlət xəstəxanalarında çalışan həkimlər ayda 1500 avrodan az maaş aldıqlarını, həftədə isə 65 saatdan çox işlədiklərini vurğulayıblar.
Ölkəni tərk edib xaricə üz tutanlar əsasən 25-44 yaş aralığında olan həkimlərdir.
Bunun ölkənin səhiyyə sisteminin çökməsinə və demoqrafik geriliyə səbəb olacağı açıqlanıb.
Yunan həkimlər daha çox Böyük Britaniya, Almaniya, Fransa, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) üz tutub.
Oxşar xəbərlər
ABŞ 1992-ci ildən bəri ilk dəfə Rusiya istehsalı yumurta alıb
2025-ci ilin iyul ayında ABŞ ilk dəfə 1992-ci ildən bəri Rusiyadan toyuq yumurtası idxal edib. BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Statistika Xidməti məlumat...
