20 il bir böyrəyi ilə yaşadı, 31 yaşında otelin eyvanından yıxılıb öldü - Liam Peynin həyat hekayəsi

20 il bir böyrəyi ilə yaşadı, 31 yaşında otelin eyvanından yıxılıb öldü - Liam Peynin həyat hekayəsi
Foto
Dünya 75

"One Direction" qrupunun keçmiş üzvü Liam Peyn 31 yaşında dünyasını dəyişib. O Argentinada, Buenos Ayresdə qaldığı hotelin 3-cü mərtəbəsindən yıxılaraq ölüb. İfaçının faciəvi şəkildə vəfatı musiqisevərlərini yasa boğub. Liamın qəfil ölümü onun kimliyi və şəxsi həyatı barədə olan bəzi faktları yenidən dünya mətbuatının gündəminə gətirib.

BAKU.WS xarici KİV-ə istinadən sözügedən faktları təqdim edir:

Liam Peyn 1993-cü il avqustun 29-da Vulverhemptonda doğulub. Üç həftə erkən dünyaya gələn Liamın böyrəklərindən sadəcə biri işləyib. Lakin 2012-ci ildə aparılan müayinələr zamanı onun iki böyrəyinin də işlədiyi məlum olub.

Onun Ras və Nikola adlı iki bacısı var. Liam məktəb illərində basketbol yarışlarında iştirak edib. Daha sonra bacısının sevgilisindən güləş dərsləri alıb.

12 yaşında olarkən 39 yaşlı adamla rinqə çıxıb və bu zaman o burnu qıırlıb, qulaq pərdəsi zədələnib.

İfaçı musiqi karyerasına "The X Factor" yarışmasından başlayıb. Həmin vaxt müsabiqədə Nikol Şörzinqerin tövsiyəsi ilə qurulan "One Direction"(Liyam Peyn, Harri Stayls,Zeyn Malik, Nill Horan və Luiz Tomlison) qrupuna qatılıb.

Onların "Up All Night", "Take Me Home", "Grup Midnight Memories", "Made in the A.M" kimi albomları çıxıb. Daha sonra qrup üzvlərindən biri Zeyn Malik ayrılaraq solo karyerasına başlayıb.

Liam Peyn 2016-cı ildən ingilis müğənni və bəstəkar Çeril ilə sevgili idi. 2017-ci ildə cütlüyün Bear adlı bir övladı dünyaya gəlib.

Məşhur sənətçinin Palermo səmtindəki otelin eyvanından yıxılaraq qəfil ölümü fanatlarını sarsıtdı. Dünya mətbuatında yayılan xəbərlərə görə, hadisə yerinə çağırılan təcili yardıma "Narkotik və alkoqolun təsiri altında olan aqressiv adam" qeydi bildirilib.

Son xəbərlər