SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə xalq mahnıları ifaçısı Sümer Ezgü avtomobil qəzası keçirib.

BAKU.WS xəbər verir ki, qəza zamanı müğənninin maşınında ailə üzvləri də olub. Onun idarə etdiyi "Jeep" markalı avtomobil və ona bağlı olan treyler aşıb.

Hadisə Antalyanın Korkuteli bölgəsində baş verib. Avtomobil yoxuşdan aşağı enərkən güclü küləyin təsirindən aşıb.

Bununla bağlı açıqlama verən sənətçi avtomobilinin bir neçə dəfə yuvarlanaraq aşdığını bildirib. O, ailəsinin və özünün səhhətinin yaxşı olduğunu bildirib. 

BAKU.WS
QALEREYA