SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur amerikalı reper Snoop Dogg Azərbaycanla bağlı təxribat xarakterli paylaşım edib.

Belə ki, reper sentyabrın sonunda Ermənistanda verəcəyi konsertdən əvvəl sərsəm fikirlər bölüşüb.

O “Instagram”dakı paylaşımında Azərbaycanın Qarabağ iqtisadi rayonunu qondarma “Artsax” kimi təqdim edib:

“Əziz erməni xalqı, mən sizi düşünürəm və Ermənistanda, “Artsax”da və bütün dünyada yaşayan bütün ermənilərə öz sevgimi bildirirəm. Hər kəsə sevgi, sülh və möhkəm olmağı diləyirəm. Sentyabrın 23-də gələcəyəm”.

Qeyd edək ki, Snoop Doggun konserti Ermənistana 23,2 milyon dollara başa gələcək. Məhz bu məbləğ reperi özünü itirməsi və cəfəng çıxışlar etməsinə səbəb olub.

BAKU.WS