SİZİN REKLAM BURADA!
055 213 76 73


Astrologiyada elə bürclər var ki, onlar eşq, sevgi, ailə münasibətləri üçün doğulublar.

BAKU.WS xarici KİV-ə istinadən bürclərin bu günə olan romantik ulduz falını təqdim edir:

Qoç bürcü

Bugün sevgi münasibətinizə uyğunlaşmağınız və ortaq idman fəaliyyəti ilə münasibətinizi daha da canlandıra bilərsiniz.

Buğa bürcü

Bu gün, həyatınızda sevdiyiniz şəxslərin davranışlarını əsas götürərək yanlış nəticələr çıxaracaqsınız. Həmin şəxslər sizə daha əvvəl bilmədiyiniz və təxmin etmədiyiniz etiraflar edə bilərlər.

Əkizlər
Bu gün sevdiyiniz insan əvvəllər bilmədiyiniz və ya çox qeyri-müəyyən şəkildə təxmin etdiyiniz hisslərini sizə etiraf edə bilər.

Xərçəng bürcü

Bu gün sevdiklərinizə xoş bir hədiyyə ya da sürpriz etməyə dəyər. Ya kiçik bir oyuncaq ya da xoş bir gül buketi ala bilərsiniz. Burada əsas məsələ pul deyil, qarşınızdakı insanın sizə verdiyi mənəvi dəyərdir.

Şir bürcü

Diqqətli və yardımsevərsiniz. Sevdiklərinizi xoşbəxt etmək üçün hər şeyi edirsiniz. Lakin bu hər an qarşılıqlı olmur. Ruh əkizinizə diqqət etməyə çalışın. O bunun fərqinə varacaq və düzgün qərar çıxaracaq. 

Qız bürcü

Bugün xoşbəxt olma şansınız hər zamankından daha çoxdur. Bu səbəblə də bu gündən etibarən münasibətinizdən zövq almağa çalışın. Mümkün və mümkün olmayan bütün cəhdlərinizi nümayiş etdirin.

Tərəzi bürcü

Bu gün sevdiyiniz insan sizin hərəkətlərinizə qarşı dözümlülük və səbr göstərməli olacaq.

Əqrəb bürcü

Bu gün yeni tanışlıqlar, maraqlı görüşlər və perspektivli təkliflər üçün əlverişli gündür.

Oxatan bürcü

Bu gün ailədə demək olar ki, hər şey son dərəcə yaxşı olacaq. Bu, bir yerdə bir şeyin səhv olduğuna dair şübhələrə səbəb ola bilər və sizdən bir şey gizlətməyə çalışırlar.

Oğlaq bürcü

Bu gün birlikdə hər hansı bir fayda verməyən işlə məşğul olmalısınız. Bu, özünüzü lazımsız düşüncələrdən yayındırmağa və sevgilinizlə çoxlu əylənməyə şərait yaradacaq.

Dolça bürcü

Bu gün həyatınızda ciddi mübahisələr olacaq. Bu çox güman ki, prinsipial olmayan məsələlərdə baş verəcək. Bu gün siz və sevdiyiniz insan bu və ya digər məsələdə kimin daha haqlı olduğunu anlamağa çalışacaqsınız.

Balıq bürcü

Bu gün sevdiyiniz insanla bütün günü çox əylənəcəksiniz. Yorulmadan güləcəksiniz, buna görə axşam saatlarında yorulan üz əzələlərinizlə bağlı problem yaşaya bilərsiniz. 

BAKU.WS